...

İKZF investisiya şirkəti seçir

Tender müsabiqələri Materials 13 Dekabr 2024 12:32 (UTC +04:00)
İKZF investisiya şirkəti seçir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 3 il müddətinə qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi üzrə xidmətlər üçün investisiya şirkəti seçir.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Qeyd olunub ki, xidmətlər qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir.

Xidmətlər üzrə əməliyyatların həcmi 2,25 milyard manat məbləğində proqnozlaşdırılır.

Fond sözügedən işlərin icrasının 150 min manata başa gələcəyini ehtimal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti