...

Naxçıvan MR Nazirlər Kabineti 350 minlik avtomobillər alır

Tender müsabiqələri Materials 2 Yanvar 2025 11:50 (UTC +04:00)
Naxçıvan MR Nazirlər Kabineti 350 minlik avtomobillər alır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası (MR) Nazirlər Kabineti xidməti minik avtomobilləri alır.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, satın alınacaq 5 ədəd minik avtomobilinin rənginin qara, istehsal ilinin isə 2024 olması əsas şərtlərdəndir.

Artıq Nazirlər Kabineti bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Mepland" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 350 min manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, avtomobilləri Nazirlər Kabinetinə çatdıracaq “Mepland” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Elvin Ənvər oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti