...

Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63 faiz artıb

Turizm Materials 9 Dekabr 2019 15:22 (UTC +04:00)
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63.1 faiz artıb.
Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63 faiz artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63,1 faiz artıb.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 24 min 394 Çin vətəndaşı səfər edib.

Qeyd edək ki, Azərbaycan Çinin nüfuzlu “Voyage” jurnalı tərəfindən keçirilən “Voyage Night 2019” tədbirində “Potensial turizm destinasiyası” kateqoriyasında birinci yer üzrə mükafata layiq görülüb.

Dünya üzrə geniş oxucu kütləsinə malik olan “Voyage” jurnalı Çinin ən nüfuzlu turizm və səyahət dərgilərindən biridir. Jurnalın əsas oxucuları turizm sektorunun peşəkarları və aparıcı biznes adamlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti