...

Turizm bələdçilərinə sertifikatlar 3 il müddətinə veriləcək

Turizm Materials 7 Dekabr 2021 12:15 (UTC +04:00)

Bakı. Trend:

Turizm bələdçilərinə sertifikatlar 3 il müddətinə veriləcək.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Bürosunun nümayəndəsi Səkinə Əsgərova deyib.

O bildirib ki, bunun ilkin və təkrar sertifikatlaşma kimi iki növü var.

"Hər üç ildən bir bu sənəd yenilənməlidir. Bununla kiminsə fəaliyyətinə məhdudiyyət qoyulmur. Məhdudlaşdırma sadəcə mütərəqqi xarakteri daşıyır və turizmin inkişafı etdirilməsi üçündür".

Qeyd edək ki, Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesinə başlanılır. Azərbaycan Turizm Bürosuna bununla bağlı sertifikasiya hüququ verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti