...

Azərbaycanda bu günə qədər 44 hotelə ulduz dərəcəsi verilib

Turizm Materials 7 Dekabr 2022 10:22 (UTC +04:00)
Azərbaycanda bu günə qədər 44 hotelə ulduz dərəcəsi verilib

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

İki ildir ki, uğurla həyata keçirilən Milli Ulduz Təsnifatına indiyədək 150 hotel müraciət edib, 100-ə yaxın hotelin təsnifatı başa çatıb, onlardan isə cəmi 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının 5-ci Assambleyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Ulduz kateqoriyası əldə etmək üçün edilən müraciətlərin çox az bir hissəsinin qoyulan tələbləri ödədiyini qeyd edən Agentlik sədri bunların içərisində çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellərin çoxluq təşkil etdiyini əlavə edib.

F.Nağıyev qeyd edib ki, ulduz sertifikatına malik olan hotellərin sayının artması sağlam rəqabəti stimullaşdıracaq və bu da nəticə etibarilə hotelçilik sənayesinin inkişafına təkan verəcək, tələb və təklif qanununun daha dolğun realizə edilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti