Bakı. Trend:
Azərbaycanlı turistlərin ölkədaxili səfərlərinin sayı sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir.
Trend xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
"Hazırda ölkəmizdə karantin rejimi olduğu üçün quru yolla gələn turistlərimiz yoxdur, yəni turistlər yalnız hava yolu ilə gələ bilir. Qonşu ölkələrdən sərhədləri piyada keçərək gələn turistləri müvəqqəti olaraq itirmişik. Operativ Qərargahın quru sərhədlərinin açılması ilə bağlı qərarını gözləyirik. Onu da deyim ki, quru sərhədlərin bağlı olması daxili turizmin artımına ciddi təsir göstərməyib", - deyə o qeyd edib.