...

Ümumdünya Səhiyyə Təşkilatı mpox xəstəliyinin son 22 ayda rekord səviyyəyə çatdığını bildirir

Turizm Materials 26 Oktyabr 2024 23:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabr ayında dünyada laboratoriyalar tərəfindən təsdiqlənmiş 2,7 mindən çox mpox (meşhur adıyla "meymun çiçəyi" xəstəliyi üçün yeni ad) hadisəsi qeydə alınıb.

Trend ÜST-yə istinadən xəbər verir ki, bu rəqəm 2022-ci ilin noyabrından bu yana bir ay ərzində ən yüksək yoluxma göstəricisidir.

“Sentyabrda 2763 təsdiqlənmiş mpox hadisəsi aşkar edilib. Bu, 2022-ci ilin noyabrından bu yana ən yüksək göstəricidir və qlobal səviyyədə xəstəliyin artan tendensiyasını göstərir,” - deyə ÜST vurğulayıb.

Avqust ayı ilə müqayisədə yoluxmaların sayı 8% artıb. Ən böyük artım isə (35%) Afrikada qeydə alınıb; burada sentyabr ayında 1756 yeni mpox hadisəsi aşkarlanıb. Avropada isə insidentlər 26% (211 hadisəyə qədər), Amerikada isə 32% (427 hadisəyə qədər) azalıb.

2022-ci il yanvarın 1-dən bu il sentyabrın 30-na qədər 123 ölkədə 109 699 təsdiqlənmiş mpox hadisəsi və 236 ölüm qeydə alınıb.

Qlobal sağlamlıq fövqəladə vəziyyəti 2022-ci ilin iyulundan 11 may 2023-cü ilə qədər qüvvədə olub. Xəstəliyin azalması səbəbindən ləğv edilsə də, ÜST-nin rəhbəri Tedros Adhanom Ghebreyesus bu il avqustun 14-də Afrikada xəstəliyin yayılması ilə əlaqədar yenidən fövqəladə vəziyyət elan edib.

Mpox əsasən Mərkəzi və Qərbi Afrikada tropik meşələrə yaxın ucqar ərazilərdə rast gəlinən viral bir xəstəlikdir. İlk heyvandan insana ötürülmə halı 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti