...

Azərbaycanlı tələbələr Avropa Parlamentində təcrübə proqramında iştirak edirlər (FOTO)

Siyasət Materials 7 May 2013 15:59 (UTC +04:00)
Azərbaycanlı tələbələr Avropa Parlamentində təcrübə proqramında iştirak edirlər.
Azərbaycanlı tələbələr Avropa Parlamentində təcrübə proqramında iştirak edirlər (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanlı tələbələr Avropa Parlamentində təcrübə proqramında iştirak edirlər.

Trend-in məlumatına görə, cari ilin may ayından etibarən müxtəlif Avropa universitetlərində təhsil almaqda olan 4 azərbaycanlı tələbə - Ramazan Səmədov, Allahverən Orucov, Nərminə Səfərova, Ülfət Hacıyev Avropa Parlamentində təcrübə proqramında iştirak etməyə başlayıb.

Proqram Partnyor Beynəlxalq Dialoq və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdirilir.

2 aylıq dövr ərzində tələbələr Avropa Parlamenti qanunvericilik prossesi ilə yaxından tanış olmaq, Parlamentin komitə iclaslarında müşahidəçi qismində iştirak etməklə yanaşı, təcrübə proqramlarında onların işinə rəhbərlik edən millət vəkillərinin, eləcə də onların üzvü olduqları siyasi partiyaların fəaliyyətini yaxından izləmək imkanı əldə edəcəklər.

Bu proqram öz növbəsində həmçinin yüksək ranqlı Avropa siyasətçiləri ilə gündəlik təmasda olmaq, onlarla Azərbaycan Respublikasının xarici siyasət kursunu müzakirə etmək, eləcə də onun problemlərini qabartmaq üçün müstəsna bir imkan yaratmaqdadır.

Qeyd etmək lazımdır ki, tələbələrimiz bu qəbildən olan görüşlərdə staj proqramının ilk günlərindən iştirak etmək imkanı əldə edib. Belə ki, bu gün onlar NATO Baş katibi Anders Foq Rasmussenin əsas qonaq olduğu konfransda iştirak ediblər. Tədbirin sonunda Azərbaycanlı stajorlarla yaxından tanış olan baş katib onlara proqramda uğurlu iştirak arzulayıb. Sonda cənab Anders Foq Rasmussen gənclərlə xatirə şəkli çəkdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti