...

"Bizim Azərbaycan" bloku İsa Qəmbəri müdafiə etməyəcək

Siyasət Materials 19 Noyabr 2005 12:21 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku bundan sonra Müsavat Partiyasının başqanı İsa Qəmbəri müdafiə etməyəcək". Bu barədə Trend ə adıçəkilən blokda təmsil olan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı bildirib.

Partiya sədri qeyd edib ki, blokun Sədrlər Şurasının toplantısında belə qərar qəbul edilib: "Blokun gələcəkdə fəaliyyət göstərməsi üçün yeni layihə hazırlanıb, yeni strukturun formalaşdırılması istiqamətində iş aparılır. Nəzərdə tutmuşuq ki, dekabr ayında blokun toplantısını keçirib özümüzə yeni sədr seçək".

Onu da bildirək ki, "Bizim Azərbaycan" blokunda 20 partiya təmsil olunur. Blok Müsavat partityasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il prezident seçkilərindən öncə yaradılıb. Həmin seçkilərdə məğlubiyyətə uğradıqdan sonra İ.Qəmbər blokdan uzaqlaşaraq parlament seçkiləri öncəsi fəaliyyətini "Azadlıq" seçki blokunda davam etdirib. Onun bu seçimi "Bizim Azərbaycan" blokunda təmsil olunan partiyaların qəzəbinə səbəb olmuşdur. Elə o vaxtdan blok İ.Qəmbərdən incik düşüb.

Xəbər lenti

Xəbər lenti