...

Politoloq: Bakı beynəlxalq danışıqlar üçün sınaqdan çıxmış meydançaya çevrilib

Nəzər nöqtəsi Materials 16 Fevral 2017 16:20 (UTC +04:00)
Azərbaycanın paytaxtı artıq iri beynəlxalq tədbirlərin və müxtəlif struktur rəhbərləri arasındakı siyasi görüşlərin keçirildiyi ikinci Cenevrəyə çevrilir.
Politoloq: Bakı beynəlxalq danışıqlar üçün sınaqdan çıxmış meydançaya çevrilib

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycanın paytaxtı artıq iri beynəlxalq tədbirlərin və müxtəlif struktur rəhbərləri arasındakı siyasi görüşlərin keçirildiyi ikinci Cenevrəyə çevrilir.

Bu sözləri Trend-ə “Qərb” Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, görüş yeri kimi Bakı təsadüfən seçilməyib. “Azərbaycan bir çox dünya nəhənginin maraqlarının kəsişdiyi bölgədə, Avropa ilə Asiyanın birləşməsində yerləşir. Bundan başqa, Bakıdan İrana, Rusiyaya, Türkiyə və Yaxın Şərqə aparan yollar keçir”.

F.Sadıqov qeyd edib ki, Bakı aparıcı oyunçuların maraqlarının mərkəzinə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti