...

Nazir: Gənclər proqramı onların beynəlxalq platformalarda iştrakında önəmli rol oynayır

Nəzər nöqtəsi Materials 21 Dekabr 2017 13:27 (UTC +04:00)
2017-2020-ci illəri əhatə edən gənclər proqramı onların beynəlxalq səviyyədə dəstəklənməsi, beynəlxalq platformalarda iştrakı üçün çox önəmli rol oynayır.
Nazir: Gənclər proqramı onların beynəlxalq platformalarda iştrakında önəmli rol oynayır

Bakı. Elçin Mehdiyev - Trend:

2017-2020-ci illəri əhatə edən gənclər proqramı onların beynəlxalq səviyyədə dəstəklənməsi, beynəlxalq platformalarda iştrakı üçün çox önəmli rol oynayır.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün "Yeni nəsil: sərhədiz məsuliyyət" adlı beşinci Azərbaycan-Rusiya Gənclər Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

A.Rəhimov qeyd edib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra qarşısına qoyduğu əsas prioritet sahələrindən biri gənclər sahəsi olub: "Hazırda Azərbaycanda əhalinin 25 faizi gənclərdən ibarətdir. Bu isə Avropa üçün yüksək göstəricidir. Ötən ilin əsas sahələrindən biri 2017-2020-ci illəri əhatə edən gənclər proqramının imzalanması olub. Proqram gənclərin beynəlxalq səviyyədə dəstəklənməsi, onların beynəlxalq platformalarda iştrakı üçün çox önəmli rol oynayır. Dünyanın 65 ölkəsi ilə Azərbaycanın gənclər və idman sahəsində əlaqələri var. Azərbaycanın Gənclər təşkilatları 30-dan artıq Beynəlxalq Gənclər Təşkilatlarının üzvüdülər".

Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Oleq Muraşov Rusiya ilə Azərbaycan arasındakı dostluq əlaqələrindən danışıb: “Biz Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıyıq. Həm Azərbaycanda, həm də Rusiyada gənclərlə iş önəmli sahələrdən biridir. Bunu da deməliyəm ki, Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır”.

Tədbir rəsmilərin çıxışları ilə davam edib. Dekabrın 23-dək davam edəcək forumun təşkilatçısı Gənclər və İdman Nazirliyi, həmtəşkilatçıları Rusiya Elm və Təhsil Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Rusiyanın Uşaq və Gənclər Birlikləri Milli Şurasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti