...

Məhəbbət Vəliyeva: Müsabiqə yolu ilə qəbulun aradan qaldırılması rus bölməsinə marağı artırıb

Nəzər nöqtəsi Materials 12 Sentyabr 2018 18:38 (UTC +04:00)
Bu gün rus bölməsi üzrə 273 ibtidai sinif müəllimi çatışmır.
Məhəbbət Vəliyeva: Müsabiqə yolu ilə qəbulun aradan qaldırılması rus bölməsinə marağı artırıb

Bakı. İlhamə İsabalayeva -Trend:

Son 4 ildə həm rus, həm də Azərbaycan bölməsinə 1-ci sinfə şagirdlərin müsabiqə yolu ilə qəbulu aradan qaldırılıb. Bu da rus bölməsinə marağı artırıb.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyib.

M.Vəliyevanın sözlərinə görə, bu səbəbdən artıq rus dilini bilənlərlə yanaşı, bu dildə danışa bilməyənlər də məktəbə qəbul üçün müraciət edirlər:

"Nəticədə şagird sıxlığı yaranır. Bu, bizi narahat edir. Bu gün rus bölməsi üzrə 273 ibtidai sinif müəllimi çatışmır. Kadr çatışmazlığı ümumi orta və tam orta təhsil səviyyəsində daha çox hiss olunur. Kadr çatışmazlığı həllini tapmasa, rus bölməsi üzrə əlavə siniflərin açılması mümkün deyil. Rus bölməsi üzrə vakansiyaları tutmaq üçün namizədlər kifayət qədər bal toplaya bilmirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti