...

Sakin: UNESKO-nun Şəki şəhərinə verdiyi qiymət bir azərbaycanlı kimi məni çox qürurlandırdı

Nəzər nöqtəsi Materials 8 İyul 2019 10:19 (UTC +04:00)
Şəki şəhərinin tarixinə verilən qiymət bir sakin kimi məni çox sevindirir.
Sakin: UNESKO-nun Şəki şəhərinə verdiyi qiymət bir azərbaycanlı kimi məni çox qürurlandırdı

Bakı. Samir Əli - Trend:

Şəki şəhərinin tarixinə verilən qiymət bir sakin kimi məni çox sevindirir.

Bunu Trend-ə açıqlamasında Şəki şəhər sakini Vüqar Bayramov deyib.

O qeyd edib ki, bu addımın atılması qədim Şəkinin dünyada tanıdılması deməkdir: "UNESKO daim Azərbaycanın tarix-memarlıq qoruqlarına, mədəni abidələrinə diqqət yetirib. Bu da həmin diqqətin daha bir nümunəsidir. Şəki Azərbaycanın qədim yaşayış məskənlərindəndir. UNESKO-nun Şəki şəhərinə verdiyi qiymət bir azərbaycanlı kimi məni çox qürurlandırdı. Şəki sakini olaraq həqiqətən də böyük qürur duyuram. Bu işdə əməyi olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Artıq Şəki şəhəri dünyada tanınacaq. Bu da öz növbəsində şəhərimizə gələn turistlərin sayını xeyli artıracaq".

Qeyd edək ki, Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ötən gün keçirilən növbəti iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti