Azərbaycan, Bakı, 14 may /Trend/
Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinin Mətbuat Mərkəzində "Fan Desk"də interaktiv səsvermə sistemi quraşdırılıb.
Trend eurovision.az saytına istinadən məlumat verir ki, fanatların müsabiqə zamanı səsverməsi ilk dəfədir ki, interaktiv ekran vasitəsilə təşkil olunur. "OGAE Azərbaycan"ın prezidenti Fariz Qasımlı bildirib ki, hər il ev sahibi olan ölkədə təşkil edilən səsvermədə müsabiqəni işıqlandıran jurnalistlər, fanatlar iştirak edə və favorit təmsilçisinə səs verə bilir.
"Bütün jurnalistlər yeni sistemlə maraqlanır. Bu səsvermə sistemi çox həyəcanla qarşılanır. Sevinirəm ki, Azərbaycan bununla da yeniliyə imza atdı", - Qasımlı bildirib.