...

“Buranovskiye babuşki” fanatlar və jurnalistlər arasında səsvermədə liderliyi davam etdirir

Eurovision-2012 Materials 17 May 2012 11:29 (UTC +04:00)
"Buranovskiye babuşki" fanatlar və jurnalistlər arasında səsvermədə liderliyi davam etdirir.
“Buranovskiye babuşki” fanatlar və jurnalistlər arasında səsvermədə liderliyi davam etdirir

Azərbaycan, Bakı, 17 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

"Buranovskiye babuşki" fanatlar və jurnalistlər arasında səsvermədə liderliyi davam etdirir.

Trend-in məlumatına görə, "Buranovskiye babuşki" Bakıda keçiriləcək "Eurovision 2012"-nin mətbuat mərkəzində fan-klubun üzvlərinin və jurnalistlər arasında təşkil olunmuş səsvermənin nəticələrinə görə, birinci yarımfinalın iştirakçıları arasında liderdir.

Mayın 17-si saat 11:00-a olan məlumata görə, Rusiya təmsilçiləri 146 səslə birinci yerdədirlər. İkinci yeri 136 səslə Yunanıstanın təmsilçisi Eleftheria Eleftheriou tutur. Rumıniyanın "Mandinga" qrupu isə 135 səslə üçüncüdür.

Səsvermə mətbuat mərkəzi bağlananadək davam edəcək və günün sonunda başa çatacaq.

Xəbər lenti

Xəbər lenti