...

İsveçrənin "Eurovision 2012" təmsilçiləri: Bakıda xüsusən Qız Qalasını sevdik

Eurovision-2012 Materials 18 May 2012 17:28 (UTC +04:00)
İsveçrəni "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən "Sinplus" qrupunun üzvləri Bakıda xüsusən Qız Qalasını sevdiklərini deyiblər.
İsveçrənin "Eurovision 2012" təmsilçiləri: Bakıda xüsusən Qız Qalasını sevdik

Azərbaycan, Bakı, 18 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/

İsveçrəni "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən "Sinplus" qrupunun üzvləri Bakıda xüsusən Qız Qalasını sevdiklərini deyiblər.

"Biz İçərişəhərdə gəzintiyə çıxdıq, bizə oradakı abidələrin tarixi haqqında məlumat verdilər. Ən möhtəşəmi isə Qız Qalası oldu. O, həqiqətən də qədim və böyükdür", - bunu Trend-ə eksklüziv müsahibəsində "Sinplus" qrupunun üzvləri deyib.

Onlar Azərbaycandan, paytaxt Bakıdan böyük zövq aldıqlarını bildiriblər. "Burada insanlar qonaqpərvər, gülərüzdürlər", - qrup üzvləri deyib.

"Bakı Kristal Zalı"nı yüksək qiymətləndirən qrup burada onların performansları üçün hər cür şərait olduğunu qeyd ediblər.

"Müsiqiçi kimi deyə bilərik ki, zal mükəmməldir. Burada geniş səhnə var. Rok-n-rol üçün bu çox yaxşıdır, çünki hər cür hərəkət etməyə burada imkan var", - qrup üzvləri deyib.

Öz favoritlərinin fransalı təmsilçi olduğunu deyən "Sinplus" qrupunun üzvləri yarışmada çoxlu güclü namizədlərin olduğunu vurğulayıblar.

"Biz hələ qələbə haqqında düşünmürük. Növbəti addım finala çıxmaqdır və bundan sonra qələbə haqqında düşünə bilərik. Hər şeyi addım-addım etmək lazımdır. Düşünürük ki, hər şey mümkündür", - qrup üzvləri deyib.

Xəbər lenti

Xəbər lenti