...

"Eurovision 2012" müsabiqəsinin I yarımfinalının qalibləri müəyyənləşib (FOTO) (VİDEO)

Eurovision-2012 Materials 23 May 2012 01:58 (UTC +04:00)
Müsabiqə xüsusi olaraq "Eurovision-2012" üçün Xəzər dənizi sahilində tikilmiş "Bakı Kristal Zalı"nda keçirilir. "Bakı Kristal Zalı" 23 min tamaşaçı tutur, daha 16 min tamaşaçının müsabiqənin yarımfinal və final mərhələlərinə birbaşa efirdə böyük monitorlarda baxmaq imkanı var
"Eurovision 2012" müsabiqəsinin I yarımfinalının qalibləri müəyyənləşib (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 23 may /Trend/

Bakıda çərşənbə günü keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin I yarımfinalının yekunu üzrə finala Rumıniya ("Mandinga" - "Zaleilah"), Moldova (Paşa Parfeni - "Lăutar"), İslandiya (Qreta Salome & Yonsi - "Mundu Eftir Mér"), Macarıstan ("Compact Disco" - "Sound Of Our Hearts"), Danimarka (Soluna Samay - "Should've Known Better"), Albaniya (Rona Nişliu - "Suus"), Kipr (İvi Adamou - "La La Love"), Yunanıstan (Eleftheria - "Aphrodisiac"), Rusiya ("Buranovskiye babuşki" - "Party for everybody") və İrlandiya ("Jedward" - "Waterline") təmsilçiləri vəsiqə qazanıblar.

Səsvermənin nəticəsinə əsasən, "Eurovision 2012" müsabiqəsini Monteneqro (Rambo Amadeus - "Euro Neuro"), Latviya (Anmari - "Beautiful Song"), İsveçrə ("Sinplus" - "Unbreakable"), Belçika (Laura van den Bruel - "Would You?"), Finlandiya (Pernilla Karlsson - "När Jag Blundar"), İsrail (İzabo - "Time"), San-Marino (Valentina Monetta - "The Social Network Song") və Avstriya ("Trackshittaz" - "Woki Mit Deim Popo") təmsilçiləri tərk ediblər.

Müsabiqənin II yarımfinalı mayın 24-də, finalı isə mayın 26-da keçiriləcək.

II yarımfinalçılar aşağıdakılardır:

Zeljko Yoksimoviç (Serbiya), Kaliopi (Makedoniya), Joan Franka (Niderland), Kurt Kalleya (Malta), "Litesound" (Belarus), Filipa Sousa (Portuqaliya), Qaytana Essami (Ukrayna), Sofi Marinova (Bolqarıstan), Eva Boto (Sloveniya), Nina Badriç (Xorvatiya), Lorin (İsveç), Anri Coxadze (Gürcüstan), Can Bonomo (Türkiyə)
Ott Lepland (Estoniya), Max Jason Mai (Slovakiya), Tooji (Norveç), Maya Sar (Bosniya və Herseqovina), Donny Montell (Litva).

Finalçılar isə bunlardır:

Anqun (Fransa), Nina Zilli (İtaliya), Səbinə Babayeva (Azərbaycan), Pastora Soler (İspaniya), Roman Lob (Almaniya) və Engelbert Hamperdink (Böyük Britaniya).

Müsabiqə xüsusi olaraq "Eurovision-2012" üçün Xəzər dənizi sahilində tikilmiş "Bakı Kristal Zalı"nda keçirilir. "Bakı Kristal Zalı" 23 min tamaşaçı tutur, daha 16 min tamaşaçının müsabiqənin yarımfinal və final mərhələlərinə birbaşa efirdə böyük monitorlarda baxmaq imkanı var. "Eurovision 2012"-nin teleauditoriyasını dünyanın 50 ölkəsindən 100 milyondan artıq insan təşkil edir.

Foto - Avropa Yayım Ittifaqı

Video Player
Xəbər lenti

Xəbər lenti