...

"Eurovision"da Yunanıstan təmsilçisi finala çıxdığına görə xoşbəxtdir

Eurovision-2012 Materials 23 May 2012 13:48 (UTC +04:00)
Bakıda keçirilən "Eurovision-2012" müsabiqəsində Yunanıstanı təmsil edən Elefteria Elefteriu finala çıxdığına görə xoşbəxtdir.
"Eurovision"da Yunanıstan təmsilçisi finala çıxdığına görə xoşbəxtdir

Azərbaycan, Bakı, 23 may / Trend, müxbir V.Javoronkova /

Bakıda keçirilən "Eurovision-2012" müsabiqəsində Yunanıstanı təmsil edən Elefteria Elefteriu finala çıxdığına görə xoşbəxtdir.

"Finala çıxdığıma görə sevinirəm. Mən çox xoşbəxtəm. Çox sevinirəm ki, "Bakı Kristal Zalı"nın səhnəsində öz mahnımı ifa etdiyimə, bu üç dəqiqəni bir daha yaşaya biləcəyimə görə sevinirəm", - Elefteria Trend-ə deyib.

Müğənninin sözlərinə görə, Bakı onun çox xoşuna gəlib.

"İnsanlar çox mehribandır. Mən və mənim komandam bütün iştirakçılar kimi özümüzü evdəki kimi hiss edirik. Bizim Azərbaycan xalqı ilə oxşar cəhətlərimiz çoxdur. Onlar son dərəcə qonaqpərvərdirlər. Mən buraya yenidən qayıtmaq istərdim", - Elefteria deyib.

Yunan müğənni finalda "Aphrodisiac" mahnısı ilə 16 rəqəmi altında çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti