...

"Buranovskiye babuşki"nin "Eurovision 2012" finalında böyük rus sobası (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 00:35 (UTC +04:00)
Rusiyanın "Eurovision 2012" təmsilçisi "Buranovskiye babuşki" "Bakı Kristal Zalı"nın səhnəsində altıncı sırada çıxış edib.
"Buranovskiye babuşki"nin "Eurovision 2012" finalında böyük rus sobası (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Rusiyanın "Eurovision 2012" təmsilçisi "Buranovskiye babuşki" "Bakı Kristal Zalı"nın səhnəsində altıncı sırada çıxış edib.

"Buranovskiye babuşki" ingilis və udmurt dillərində "Party for Everybody" kompozisiyasını ifa ediblər.

Səhəndə əsas diqqəti tüstülənən böyük rus sobası cəlb edir. Səhnə nömrəsinin mənasına görə, sobada perepeçi (udmurt milli yeməyi) hazırlanır.

Udmurtiyanın Malopurgin rayonunun Buranovo kəndindən olan "Buranovskiye babuşki" qrupu 40 il əvvəl yaranıb. Qrup 8 nəfərdən ibarətdir. Onların ən gəncinin 43, ən yaşlısının isə 76 yaşı var. Qrupun repertuarında ingilis və rus dillərində də mahnılar var. Onlar həmçinin müxtəlif ölkə hitlərini udmurt dilində ifa edir. 2010-cu ildə Rusiyanı "Eurovision" mahnı müsabiqəsində təmsil etmək məqsədilə milli seçimlərdə yarışıblar. Lakin onların bu arzusu 2012-ci ildə gerçəkləşib.

Xəbər lenti

Xəbər lenti