...

Ukraynanın "Eurovision 2012" təmsilçisindən gözəl şou (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 01:55 (UTC +04:00)
Ukraynanın "Eurovision 2012" təmsilçisi Qaytana "Bakı Kristal Zalı"nın səhnəsində 25-ci sırada çıxış edib.
Ukraynanın "Eurovision 2012" təmsilçisindən gözəl şou (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Ukraynanın "Eurovision 2012" təmsilçisi Qaytana "Bakı Kristal Zalı"nın səhnəsində 25-ci sırada çıxış edib.

Qaytana ingilis dilində "Be my guest" mahnısını ifa edib.

Qaytana səhnədə gözəl şou nümayiş etdirib. Müğənninin komandasındakı 3D mütəxəssisləri Bakıya böyük işıq-diodlu ekranlar gətiriblər, həmin ekranlar üçün video iki ay ərzində hazırlanıb.

Qaytana Essami (Gaitana Essami) 1979-cu ildə Kiyevdə doğulub. Atası konqolu olan Qaytana 5 yaşına kimi Konqoda yaşayıb. Müğənni kimi karyerasına isə 1991-ci ildən başlayıb. 2003-cü ildə ilk musiqi albomu çıxıb. Milli finalda 21 ifaçı arasından Ukraynanın "Eurovision 2012" təmsilçisi seçilib.

Xəbər lenti

Xəbər lenti