...

Ürəkləri fəth etmək istəyən Moldovanın "Eurovision 2012" təmsilçisi (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 01:59 (UTC +04:00)
Moldovanın "Eurovision 2012" təmsilçisi Paşa Parfeni "Bakı Kristal Zalı"nın səhnəsində 26-cı sırada çıxış edib.
Ürəkləri fəth etmək istəyən Moldovanın "Eurovision 2012" təmsilçisi (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Moldovanın "Eurovision 2012" təmsilçisi Paşa Parfeni "Bakı Kristal Zalı"nın səhnəsində 26-cı sırada çıxış edib.

Pavel Parfeni (Paşa) "Lăutar" mahnısını ifa edib.

"Eurovision" müsabiqəsi mənim üçün əyləncədir. Birinci yeri tutmaq mənim üçün o qədər də vacib deyil, sadəcə, insanların ürəyini fəth etmək istəyirəm", - Paşa deyib.

Müğənni 1986-cı il mayın 30-da doğulub. O, "Slavyan bazarı" və "Mamaia-2009" müsabiqələrinin qalibidir. 2009, 2010 və 2011-ci illərdə "No Crime", "You should like to show" və "Dorule" mahnıları ilə Moldovanın "Eurovision" mahnı müsabiqəsinin milli seçimlərində iştirak edib.

Xəbər lenti

Xəbər lenti