• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Eurovision-2012

"Eurovision 2012" - Azərbaycan üçün sınaq və qürur hadisəsi

29 May 2012 13:33 (UTC+04:00)
  • 0
  • 0

Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü

Dünyanın 300 milyondan artıq əhalisinin həyəcanla gözlədiyi "Eurovision-2012" mahnı yarışması baş tutdu. Yüksək səviyyədə təşkil olunmuş yarımfinal mərhələlərindən sonra möhtəşəm final gecəsi keçirildi. May ayının 26-da təşkil olunmuş finalın heyrətləndirici məqamları haqqında danışmaq istəmirəm. Çünki həmin gün nəinki hər bir azərbaycanlı, hətta milyonlarla insan həyəcanlandırıcı anlar yaşadı, nələrin baş verdiyinin canlı şahidi oldu. Lakin dünyanın ən mötəbər mədəniyyət hadisəsi bitsə də, onun ölkəmiz üçün hansı məqamlarla yadda qalması bundan sonra da müzakirə mövzusu olaraq qalacaq.

Sınaq dövrü...

"Eurovision-2012" yarışması hələ başlamazdan əvvəl Azərbaycan müxtəlif istiqamətlərdən sistemli şəkildə idarə edilən təzyiqlərə məruz qalmağa başladı. Açıq söylənilməlidir ki, erməni lobbisi, onlarla maraqları uzlaşan xarici qərəzli dairələr, eyni zamanda, Azərbaycandakı bəzi reneqat dəstələr və dağıdıcı müxalifət sırf ölkəmizin demokratik dövlət imicinə xələl gətirmək və "Eurovision"un ölkəmizdə baş tutmaması üçün çirkin planlar həyata keçirirdilər. Əlbəttə, ölkəmizə qarşı olan bu kampaniya ilk vaxtlarda gizli aparılsa da, sonradan Azərbaycanın güclü və iradəli olması həmin qərəzli dairələri açıq şəkildə fəaliyyət göstəməyə sövq etdi.

Aydın olan odur ki, Azərbaycana zərbə vurmaq üçün bütün vasitələrdən istifadə olundu: xarici mətbuatda antiazərbaycan təbliğat aparıldı, paralel olaraq, siyasi qərəzli qərarlar verildi, daxildəki reneqatların əli vasitəsilə dağıdıcılıq fəaliyyəti başladıldı.

Qərəzli qrupların ilkin hədəfi məhz, ölkə daxilində ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətdə gərginlik yaratmaq, vətəndaş-dövlət münasibətləri sisteminə zərbə endirmək və bir növ ruh düşkünlüyü formalaşdırmaq idi. Bu səbəbdən də, "beşinci kalon"un QHT-ləri müxtəlif təxribatlar törədərək, əsassız iddialarla çıxış edərək, qondarma etiraz dalğası formalaşdırdı və bu dalğanın davamı olaraq da, radikal müxalifət mitinqlərə başladı. Lakin bu etirazlar sosium daxilində deyil, yalnız onların nəzarətində olan müxalifət qəzetlərinin səhifələrində sezilirdi.

Belə ki, qərəzli dairələrin dəstəyi ilə aprel ayından mitinqlərə start vermiş radikal müxalifət sonra - "Eurovision-2012" yarışmasına sayılı günlər qaldıqda, icazəsiz aksiyalara başladı. Radikal müxalifətin atdığı bütün addımların əsas məqsədi isə ondan ibarət idi ki, Azərbaycana qarşı təzyiqlərin edilməsi və ya siyasi qərəzli qərarların qəbul edilməsi üçün zəmin yaratsın.

Bir sözlə, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycan xalqı və dövləti çətin bir sınaqla və təxribatlarla üz-üzə qaldı. Amma Azərbaycandakı güclü siyasi sistem, xalq-iqtidar birliyi və ümumi ideoloji hədəf ölkəmizə qarşı hazırlanmış planların effektsiz qalmasına səbəb oldu.

Qürur hadisəsi...

"Eurovision-2012" yarışması Azərbaycan xalqı üçün həm də qürur hadisəsi kimi yaddaşlara yazıldı. Bu müsabiqənin keçirilməsi üçün aparılmış hazırlıq müddətində dövlətimizin siyasi iradəsi ilə yanaşı, onun iqtisadi qüdrəti, yaradıcılıq potensialı, yüksək səviyyəli tədbirlərin təşkil edilməsi bacarığı bir daha nümayiş etdirildi.

"Eurovision"a hazırlığın yüksək səviyyədə həyata keçirilməsi bir daha göstərdi ki, Azərbaycan istənilən tədbiri təşkil edə və keçirə, bu işdə isə dövlətimiz bütün xoşməramlı təşkilatlarla konstruktiv işbirliyi qura bilər. Bütün texniki və təhlükəsizlik məsələlərinin öz həllini tapması, xidmət sektorunun intensiv fəaliyyət göstərməsi, xaricdən gəlmiş qonaqların və jurnalistlərin yerləşdirilməsi, onların müsabiqənin keçirildiyi müddət ərzində əyləncəli həyat şəraiti ilə təmin edilməsi sübut etdi ki, Azərbaycan hər bir beynəlxalq tədbiri qəbul etməyə hazırdır.

Azərbaycana gəlmiş xarici ölkələrin vətəndaşları buradakı yüksək qonaqpərvərliyi, mədəni ünsiyyət və davranışı, işıqlı, gözəl və təmiz Bakı şəhərini gördülər, milli mətbəxin nümunələrini daddılar. Bəlkə də, bu cür abstrakt gözə çarpan məqamlar kimlər üçünsə adi görünə bilər. Lakin həmin xoşməramlı xarici dövlətlərin vətəndaşları Azərbaycanda gördüklərini artıq öz həmvətənlilərinə danışacaq və turist kimi yalnız buraya gəlməyi məsləhət biləcəklər. Hələ burada ikən, bir çox avropalı və asiyalı Azərbaycan kababından doymadığını, işıqlı şəhər gecələrindən heyrətə gəldiyini, hətta alov kimi yanan "Baku Flame Towers"in görüntüsündən həyəcanlandığını bildirirdilər.

Göründüyü kimi, "Eurovision-2012" müsabiqəsi bütövlükdə, Azərbaycan üçün qürurverici hadisəyə çevrildi. Bu mədəniyyət yarışması ilə bağlı xatirələr daimi olaraq həm azərbaycanlıların, həm də xarici qonaqların yaddaşına yazıldı. 20 illik müstəqillik dövrü olan ölkəmizin tarixində silinməz iz buraxan "Eurovision" Azərbaycanın sivil, demokratik və mədəni Avropa dövləti olduğunu isbatladı. Dünya mətbuatının və "Eurovision" pərəstişkarlarının da qeyd etdikləri kimi, "Eurovision-2012" bu yarışmanın tarixində ən möhtəşəmi oldu. Bu səbəbdən də, hər bir vətəndaş azərbaycanlı olması ilə fəxr edə bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
FHN Şəmkirdə iki azyaşlını xilas edib
Eurovision-2012 26 Oktyabr 2014 22:04
Azərbaycan "Eurovision-2013" mahnı müsabiqəsinin finalına çıxıb (FOTO)
Eurovision-2012 17 May 2013 00:52
"Eurovision 2012" mövzusuna aid markalar buraxılıb (FOTO)
Eurovision-2012 29 May 2012 17:53
"Sabah" qəzeti: Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsi inanılmaz və möhtəşəm bir işə imza atdı
Eurovision-2012 29 May 2012 16:35
Azərbaycanın BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyində “Light Your Fire” gecəsi təşkil olunub (FOTO)
Eurovision-2012 27 May 2012 15:05
"Eurovision 2012"-nin rəsmi bağlanış partisi keçirilib
Eurovision-2012 27 May 2012 14:58
Xəbər lenti
Vaşinqtonda Tramp və Lavrov arasında görüş baş tutub
Dünya xəbərləri 01:52
Türkiyədə güclü zəlzələ baş verib
Dünya xəbərləri 01:01
Çempionlar Liqası: "Liverpul" və "Napoli" 1/8 finalda
İdman 00:14
Pompeo və Lavrov Suriyadakı vəziyyətin nizamlanmasını müzakirə ediblər
Dünya xəbərləri 10 Dekabr 23:45
Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ olub
Dünya xəbərləri 10 Dekabr 23:09
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10 Dekabr 22:30
Azərbaycan neftinin qiyməti dəyişdi
İqtisadiyyat 10 Dekabr 21:45
Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edir
Cəmiyyət 10 Dekabr 21:19
Paytaxt sakinini aldadaraq evini və ticarət obyektini mənimsəyən şəxs saxlanılıb
Hadisə 10 Dekabr 21:00
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Heydər Əliyev – xalqın ehtiram ünvanı
Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri