...

Azərbaycan "Eurovision-2013" mahnı müsabiqəsinin finalına çıxıb (FOTO)

Eurovision-2012 Materials 17 May 2013 01:52 (UTC +04:00)
İsveçin Malmö şəhərində "Eurovision-2013" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Azərbaycan "Eurovision-2013" mahnı müsabiqəsinin finalına çıxıb (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend/

Azərbaycan "Eurovision-2013" mahnı müsabiqəsinin finalına çıxıb.

İsveçin Malmö şəhərində "Eurovision-2013" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. Azərbaycanın nümayəndəsi Fərid Məmmədov mayın 18-də "Hold on" mahnısı ilə həmin müsabiqənin finalında çıxış edəcək.

Trend-in məlumatına görə, ikinci yarımfinalda Latviya, San-Marino, Makedoniya, Azərbaycan, Finlyandiya, Malta, Bolqariya, İslandiya, Yunanıstan, İsrail, Ermənistan, Macarıstan, Norvec, Albaniya, Gürcüstan, İsveçrə, Rumınıya təmsilçiləri səhnəyə çıxıblar.

Çıxışlardan sonra 15 dəqiqəlik səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə, ikinci yarımfinalın ilk finalçısı Macarıstan olub. Növbəti finalçıların sırası isə belə olub: Azərbaycan, Gürcüstan, Rumınıya, Norvec, İslandiya, Ermənistan, Finlyandiya, Malta, Yunanıstan.

Məlumat üçün bildirək ki, "Malmö arena"da keçirilən müsabiqədə 39 ölkədən müğənnilər iştirak ediblər. İsveçin üçüncü böyük şəhəri olan Malmö (əhalisi 300 min) hələ 1992-ci ildə "Eurovision"a ev sahibliyi edib. Müsabiqənin qaydalarına görə, bir il əvvəlki müsabiqənin qalibinin təmsil etdiyi ölkə növbəti ildə "Eurovision"a ev sahibliyi edir. Ötən il Bakıda keçirilən müsabiqədə isveçli müğənni Lorin "Euphoria" mahnısı ilə qalib olmuşdu.

"Eurovision-2013"ün finalı mayın 18-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti