...

Özbəkistan Zəngəzur dəhlizinin işə salınmasında maraqlıdır

Informer Materials 8 Avqust 2023 18:44 (UTC +04:00)
Özbəkistan Zəngəzur dəhlizinin işə salınmasında maraqlıdır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Zəngəzur dəhlizinin işə salınmasında maraqlıdır.

Bunu çərşənbə axşamı Trend-ə Özbəkistanın Nəqliyyat Nazirliyi yanında nəqliyyat və logistikanın inkişafı problemlərinin öyrənilməsi Mərkəzinin direktoru Beqzod Xolmatov deyib.

Onun sözlərinə görə, Özbəkistan üçün hazırda dəhliz yüklərin daha qısa zaman müddətində Avropa İttifaqı (Aİ), o cümlədən Azərbaycan bazarlarına çatdırılmasına imkan yaradır.

"Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsinin ilbəil artdığını nəzərə alsaq, bu dəhlizin də vacibliyi və əhəmiyyəti artır. Çünki o bu iki ölkə arasında qurudakı məsafəni azaldacaq və yükdaşıma qiymətlərini aşağı salacaq ki, bu da xarici ticarət dövriyyəsinə müsbət təsir göstərəcək", - deyə , vurğulayıb.

B.Xolmatov qeyd edib ki, Özbəkistan Zəngəzur dəhlizinin açılacağına inanır və Azərbaycanı bu layihənin həyata keçirilməsində dəstəkləməyə hazırdır.

Qeyd edək ki, Zəngəzur dəhlizinin 110,4 km uzunluqda Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi üzrə işlər 80 faiz yerinə yetirilib, 64,3 km məsafəyə kimi rels-şpal çərçivələri quraşdırılıb. Həmçinin, 334 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan 20-si müxtəlif ölçülü körpülərdir. Hazırda dəmir yolu xəttinin 68-84 km aralığında torpaq və mühəndis qurğularının tikintisi işləri həyata keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti