...

İran rəsmisi: "ABŞ-a dəstək verməyən ölkələrin təhlükəsizliyinə toxunmayacağıq"

Dünya xəbərləri Materials 27 Oktyabr 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu/ Rəsmi Tehran ABŞ-ın İrana mümkün hücumuna dəstək verməyən ölkələrin təhlükəsizliyinə toxunmaq niyyətində deyil. "ABŞ İrana hücum etsə, qonşu ölkələr rəsmi Tehranın reaksiyasından nigaran olmamalıdır. Amerikaya dəstək verməyən ölkələrə toxunmayacağıq"-deyə, İranın ölkə naziri Mustafa Purməhəmmədi (Mostafa Pourmohammadi) oktyabrın 27-də bildirib.

İranın "Farsnews" agentliyinin məlumatına əsasən, Purməhəmmədi Tehranın hər cür hücuma qarşı hazırlığını bildirərək,əlavə edib ki, ABŞ-ın İrana hücumu ehtimal olunmur. O, İranın nüvə proqramı əsasında fəaliyyətini dayandırmayacağını deyib.

Purməhəmmədi İranın Livanda fəaliyyət göstərən "Hizbuallah"(Hizb-Allah) adlı təşkilata hərbi silah verməsini təkzib edib.

ABŞ-ın dövlət katibi Kondoliza Rays oktyabrın 25-də İranın hərbi qüvvəsi olan "Sepah"-ın "Qüds" şəbəkəsinin ölkə xaricində terrorist qruplara hərbi yardım göstərməsini vurğulayaraq, bu qüvvəni terrorist adlandırıb.

Xəbər lenti

Xəbər lenti