...

Gürcüstan seçiciləri prezidentliyə namizədlər arasında daha çox Levan Qaçeçiladzeyə etibar edirlər - "Həftənin palitrası"

Dünya xəbərləri Materials 3 Dekabr 2007 12:31 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Həftəlik "Kviris palitra" ("Həftənin palitrası") qəzetinin oxucuları prezidentliyə namizədlər arasında daha çox Birləşmiş Müxalifətdən olan Levan Qaçeçiladzeyə etibar edirlər. Sorğu nəticəsində 401 respondentdən 39,9 faizi məhz onun adını açıqlayıb. İkinci yerdə keçmiş prezident, "Vahid Milli Hərəkat"ın lideri Mixail Saakaşvilidir. O, səslərin 36,2 faizini toplayıb.

Üçüncü yerdə isə kiçik səs fərqi ilə "Yeni qaydalar"ın lideri David Qamkrelidze qərarlaşıb.

Bu üçlükdən böyük fərq ilə leyboristlərin lideri Şalva Natelaşvili, biznesmen Badri Patarkatsişvili və "Gələcəyin partiyası"nın lideri Giya Maisaşvili qərarlaşıb.

"Kviris palitra" oxucuları ən az "İmedi" Partiyasının lideri İrine Sarişvili və "Yaşıllar"ın lider Giorgi Qaçeçiladzeyə etibar edirlər.

Xəbər lenti

Xəbər lenti