...

Kürd Dövləti qurulmayacaq - Bərzani

Dünya xəbərləri Materials 11 Dekabr 2007 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Şimali İraq Kürd idərəçiliyini rəhbəri Məsud Bərzani keçirdiyi mətbuat toplantısında , İraqda Kürd dövlətinin qurulmayacağını , Kürd idərəçiliyinin İraq bayrağı altında fəaliyyət göstərəcəyini bildirib.Bərzani İraq hölüməti ilə Kürd idərəçiliyinin arasında Ərbil və Kərkük mövzusunda qaranlıq məqamların olduğunu qeyd edib. " Dunyabulteni " saytının verdiyi məlumata görə, Səddam rejiminin süqutundan sonra, İraq höküməti tərəfindən Kürd idərəçiliyinə vəd edilən yeni bayraq hələ də kürd yönətiminə çatdırılmayıb. " Mövcud İraq bayrağı Səddam hökümətinin rəmzidir" - deyən Bərzani Kürd idərəçiliyinə yeni bayraq verilməyənə qədər, hazırkı İraq bayrağı altında fəaliyyət göstərəcəklərini bildirib.

Kərkükdə zəngin neft yataqlarının olduğunu qeyd edən Bərzani , neftin yalnız kürdlərin və türkmənlərin deyil, bütün İraq xalqının olduğunu xüsusi bir şəkildə vurğulayıb.

"Bəzi qonşu ölkələr İraqın şimalında Kürd dövlətinin qurulacağını deyirlər. Mən bir İraqlıyam və belə bir fikrim yoxdur" - deyən Bərzani qonşu ölkələrin narahatlığının əsassız olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti