...

Viktor Yuşşenko Ali Radanın buraxılması haqda qərar verməklə kobud səhvə yol verib - Polşanın sabiq prezidenti

Dünya xəbərləri Materials 9 Oktyabr 2008 04:49 (UTC +04:00)
Viktor Yuşşenko Ali Radanın buraxılması haqda qərar verməklə kobud səhvə yol verib - Polşanın sabiq prezidenti

Ukrayna prezidenti Viktor Yuşşenko Ali Radanın buraxılması haqda qərar verməklə kobud səhvə yol verib. Belə bir fikri Polşanın TVN24 telekanalının canlı yayımında Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski səsləndirib.

"Bunu kobud səhv kimi dəyərləndirirəm. Çox təəssüf edirəm ki, belə alındı. Timoşenko-Yuşşenko-Litvin demokratik koalisiyasının yaradılması üçün şans var idi. Bunun üzərində işləyirdik", - deyə Kvasnevski bildirib. ( RİA Novosti )

Onun sözlərinə görə, Ukraynada növbədənkənar parlament seçkiləri arzu edilən nəticəni verməyəcəklər. Kvasnevski hesab edir ki, yeni seçkilər Yuşşenkonun özü üçün ciddi problem yarada bilər.

Kvasnevski həmçinin bəyan edib ki, növbədənkənar seçkilər Ukraynanın AB və NATO-ya qəbulu ilə bağlı danışıqların aylarla yubanmasına gətirib çıxaracaqlar.

Ukrayna prezidenti Viktor Yuşşenko Ali Radanın buraxılması və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda bəyanatla çıxış edib.

Sentyabrın 2-də prezidenti dəstəkləyən "Bizim Ukrayna-Xalq özünümüdafiə" bloku Yuliya Timoşenko blokunun Regionlar Partiyası ilə əməkdaşlıq etdiyindən sonra koalisiyanı tərk edib. Bir ay ərzində siyasi qüvvələr yeni koalisiya yarada bilməyiblər. Bu üzdən də dövlət başçısı parlamenti buraxmaq hüququ əldə edib.

Xəbər lenti

Xəbər lenti