...

Türkiyə prezidenti Abdulla Gül Türkmənistana gəlib

Dünya xəbərləri Materials 29 Noyabr 2008 01:05 (UTC +04:00)

Türkmənistan, Aşxabad, 28 noyabr/ Trend , SQurbanov/ Bu gün axşam Türkiy prezidenti Abdulla Gül Türkmənbaşı şəhərinə gəlib. Türkiyə dövlətinin başçısı Azərbaycan və Türkmənistan prezidentləri - İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovla energetika sahəsində keçiriləcək danışıqlarda iştirak edəcək. Danışıqlar 29 noyabr keçiriləcək.

Ankara, iki xəzəryanı ölkə ilə enerji daşıyıcılarının Xəzər dənizi və Türkiyə vasitəsilə Avropaya daşınması ilə bağlı dialoqun aparılmasında və Aİ tərəfindən dəstəklənən "Nabuko" qaz kəmərində maraqlıdır.

Sabah Gülün Berdiməhəmmədov ilə tək bə tək görüşü planlaşdırılır.

Türkmənistanın statistik agentliyi xəbər verir ki, hal hazırda Türkmənistanda türk kapitalı ilə qeydiyyata alınan 500-ə yaxın şirkət var. Bu isə bu ölkədə fəaliyyət göstərən şirkətlərin üçdə biridir.

Xəbər lenti

Xəbər lenti