Yunanıstanda hökumətin dəyişməsi ölkədə vəziyyəti sabitləşdirməyəcək

Yunanıstanda hökumətin dəyişməsi ölkədə vəziyyəti sabitləşdirməyəcək

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbirlər Y.Ostapenko, E.Tariverdiyeva/ Yunanıstanda iğtişaşlar hökumətin dəyişməsi ilə başa çata bilər, lakin bu, ölkədə vəziyyəti sabitləşdirməyəcək.

Belə ki, ölkədə yığılıb qalmış problemləri həll etməyə qadir layiqli namizəd yoxdur.

"Gənclərin fikrincə, hazırda heç bir siyasi namizəd çoxsaylı problemləri həll etmək iqtidarında deyil", - yunanıstanlı politoloq Yanis Emmanuilidis (Janis Emmanouilidis) elektron poçtla Trend -a bildirib.

Yunanıstanda iğtişaşlar artıq ikinci həftədir ki, davam edir. İğtişaşlar, dekabrın 6-da Afinada 15 yaşlı Aleksis Qriqoropulos polisin gülləsindən həlak olandan sonra başlayıb. Etiraz edənlər hər gecə Afina küçələrinə çıxaraq polislərə yandırıcı qarışıq dolu şüşələr atır, talanlar və yanğınlar təşkil edirlər.

İlkin ekspertizanın nəticələrinə görə, Qriqoropulosə güllə rikoşetlə dəyib. Lakin etiraz edən gənclər həlak olan yeniyetməyə görəhiddətlərini və hökumətə nifrətlərini onun istefasını tələb etməklə bildirirlər.

"Biz etiraz aksiyalarını bu qatillər hökuməti hakimiyyətdən gedənədək, Milad və Yeni ildən sonra da davam etdirmək istəyirik", - təşkilatçılardan biri, Sosialist Fəhlə Partiyasının üzvü Petros Konstantinu bildirib, -AP xəbər verir.

Yunanıstanda baş verən hadisələr, ola bilsin, hökumətin dəyişməsinə gətirəcək, - ekspertlər hesab edirlər.

Hazırki hökumətin yenidən seçilməyəcəyi  ehtimalı böyükdür, - Yunanıstanın Avropa Siyasəti və Xarici Siyasət Mərkəzinin (ELIAMEP) aparıcı tədqiqatçısı Emmanuilidis hesab edir.

"Baş nazir [Konstantinos] Karamanlisin hökumətinə etibar reytinqi hələ hazırki böhranadək, hakimiyyətin maliyyə sarsıntılarının nəticələrini həll etmək üsullarına görə düşmüşdü", - o bildirib. Hökumətin 15 yaşlı oğlanın ölümünə reaksiyasını və sonrakı hadisələri çoxları hakimiyyətin iflasının qəbul edilməsi kimi qiymətləndirir, - ekspert qeyd edib.

Hökumətin dəyişməsi real perspektivdir, - Yunanıstanın daxili siyasəti üzrə ekspert Teofanis Ekzadaktilos hesab edir. "Lakin növbədənkənar seçkilərə çağırmaqla, o [Baş nazir], öz partiyasının ləyaqəti ilə risk edir", - o, elektron poçtla Trend -a bildirib.

Ekzadaktilosun sözlərinə görə, növbədənkənar seçkilər keçirilərsə, müxalifət hakim mühafizəkarlar partiyasının üzvlərinin bir neçə il əvvəl korrupsiyada ittiham edilməsi barədə məlumatdan istifadə edərək, ictimai rəyi onun əleyinə quracaq.

Ekspertlər hesab  edirlər ki, Yunanıstanda hazırki hökuməti əvəzləmək üçün layiqli namizədin yoxluğu vəziyyəti ağırlaşdırır.

"Çətin ki Yunanıstan gənclərini ruhlandıra biləcək hər hansı bir partiya və ya liderolsun, - Bilkent Universitetinin (Türkiyə) siyasət və beynəlxalq münasibətlər professoru Dimitris Çarouhas elektron poçtla Trend -a bildirib. - Düşünürəm ki, bu, dünyanın əksər ölkələrində çox gənc insanlara aiddir".

Gənclərin fikrincə,indi Yunanıstanda heç bir siyasi namizəd ölkədəki çoxsaylı problemləri həll etmək iqtidarında deyil, - Avropa İttifaqı ölkələri üzrə ekspert Emmanilidis hesab edir.

"Siyasi alternativin və dövlətə, onun orqanlarına etibarın yoxluğu qeyri-qənaətbəxşlilik dərəcəsini yüksəldir", - Emmanuilidis deyib.

Lakin siyasi elmlər doktoru Ekzadaktilos güman edir ki, müxalifət lideri Georgios Papandreuda - Yunanıstan sosialist partiyasının rəhbərində müəyyən populyarlıq artımı müşahidə olunur. Sol mərkəzçi yönümlü partiyalara da üstünlük verilir.

2007-ci ilin sentyabrında keçirilmiş sonuncu növbədənkənar parlament seçkilərində 41,8 faiz səs toplayan hakim "Yeni demokratiya" (liberal-mühafizəkarlar) partiyası qələbə qazanıb. Partiyanın lideri Konstantinos Karamanlis yenidən Baş nazir olub. Ən böyük müxalifət partiyası "Ümumyunanıstan Sosialist Hərəkatı" (PASOK) yalnız 38,1 faiz səs və ya 102 yer qazanıb.

Bir il sonra, son beş il ərzində ilk dəfə olaraq ictimaiyyətin rəğbəti sosialistlərin tərəfinə keçib.

"Problemlər göründüyündən dərindir və artan sosial qeyri-bərabərliyi yeni liderin gəlişi ilə aradan qaldırmaq çox çətindir", - İngiltərədə Ekzeter Universitetinin (Exeter) siyasət fakultəsinin müəllimi Ekzadaktilos bildirib.

Ekzadaktilosun sözlərinə görə, yeni hökumətin uğuru şübhə altındadır; o, mitinq və narazılıqlara gətirən "təcili həllini tələb edən problemlərlə" qarşılaşmalı olacaq.

15 yaşlı tələbənin polis zabiti tərəfindən əsassız qətli son illərdə yaranmış gərginliyi əks etdirən kütləvi sosial etiraz üçün yalnız bəhanə olub, - problemə yaxın tədqiqatçı Ekzadaktilos güman edir.

Bu, hazırki hökumətin yoxsulluq, işsizlik, aşağı əmək haqqı, immiqrasiya, sosial təhlükəsizlik islahatları və başlıca olaraq, ali təhsil və səhiyyə sahəsində güman edilən islahatlara görə yaranmış sosial qeyri-bərabərsizliyin öhdəsindən gəlmək iqtidarında olmaması ilə bağlıdır.

"Pulsuz orta məktəb universitetə hazırlamır və bütün tələbələr xüsusi  bahalı dərslər götürməlidirlər", - Avropa İttifaqı ölkələrində demokratikləşmə, seçkilər və insan haqları sahəsində avropalı ekspert Antoula Malkopoulou (Anthoula Malkopoulou) elektron poçtla Trend -a bildirib.

27 ildir Avropa İttifaqına daxil olan, bir müddət əvvəl ATƏT-də sədrliyi qəbul etmiş Yunanıstanda baza əmək haqqı 700 avro təşkil edir.

Yaranmış narazılığın səbəblərinə mühafizəkar hökumətin zəifləyən populyarlığı da aiddir, - Brüsseldə Avropa Siyasətinin & Ouml;yrənilməsi Mərkəzinin (Centre for European Policy Studies) tədqiqatçısı Malkopoulou hesab edir.

Bir neçə il əvvəl hökuməti korrupsiyada ittiham etmişdilər. Bu, hakimiyyətin elit torpaq sahələrini ucuz qiymətə "üçüncü şəxslərə" verməsiylə əlaqəliydi.

2007-ci ilin sentyabrında cüzi səs çoxluğu ilə yenidən seçilmiş hökumət də insanlara etinasız yanaşmaqda  ittiham olunur. Məsələn, Yunanıstanda praktiki olaraq fövqəladə vəziyyət elan edildiyi vaxtda, parlament deputatının Şurada iqlimin dəyişməsi məsələlərinin müzakirəsi üçün ötən cümə axşamında Brüsselə səfəri.

"Vəziyyətin düzəldilməsi üçün  iqtisadi və siyasi sistemdə böyük islahatlar lazımdır. Lakin yaxın vaxtlarda buna nail olmaq çətin olacaq", - London İqtisadiyyat və Siyasət Məktəbindən (LSE) Balkan ölkələrinin siyasəti üzrə aparıcı ekspert, doktor Ceyms Kerr-Lindsey (James Ker-Lindsay) elektron poçtla Trend -a bildirib.

Köhnə problemləri aşkar etmək və əməkdaşlıq üsullarını tapmaq üçün əsas siyasi partiyalar arasında əlaqəyə nail olmaz lazımdır, - Yunansıtana ixtisaslaşan Balkan ölkələrinin siyasəti üzrə ekspert Kristos Marazopulos (Christos Marazopoulos) hesab edir.

"Bu böhranlı məqamda bir namizəd deyil, daha geniş koalisiya lazımdır", - İngiltərədə Bat Universitetinin (University of Bath) tədqiqatçısı Marazopulos bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

DÇ-2022: Peru yığması səfərdə Kolumbiyanı məğlub edib
DÇ-2022: Peru yığması səfərdə Kolumbiyanı məğlub edib
Cüdoçumuz Qran-Pri turnirinin gümüş medalını qazanıb
Cüdoçumuz Qran-Pri turnirinin gümüş medalını qazanıb
Əli Əhmədov Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək
Əli Əhmədov Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək
Loading Bars
Xəbər lenti
"Instagram"ın işində qüsurlar yaranıb
Türkiyədə ötən sutka koronavirusa rekord sayda yoluxma qeydə alınıb
DÇ-2022: Peru yığması səfərdə Kolumbiyanı məğlub edib
Kanadanın baş naziri uşaqlarından birinin koronavirusa yoluxması ilə əlaqədar özünü təcrid edib
İtaliyada prezident seçkilərinin altıncı turu da nəticəsiz yekunlaşıb
ABŞ yaxın zamanda Şərqi Avropa və NATO ölkələrinə qoşun göndərəcək - Bayden
Ərdoğan yeni ədliyyə naziri təyin edib
Aİ Rusiyanın yeni sanksiyalarını şərh edib
2021-ci ildə Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb
Avropada qazın qiyməti bir həftə ərzində 17 faiz artıb
Dekabrda Rusiyada COVİD-19 diaqnozu ilə 50 mindən artıq insan ölüb
Azərbaycan Ordusunun mayoru koronavirusdan vəfat edib
Türkiyə Qırğızıstan-Tacikistan sərhədində atəşkəsi alqışlayır - XİN
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb (VIDEO)
BMT təşkilatın büdcəsinə ödənişlərə görə Azərbaycana təşəkkür edib
Pensilvaniyada körpü çöküb, xəsarət alanlar var
Cüdoçumuz Qran-Pri turnirinin gümüş medalını qazanıb
Moskva polisi Rusiya Erməniləri İttifaqının binasına daxil olub - faşist Njde haqqında filmin nümayişi dayandırılıb
Tunisdə terror aktının qarşısı alınıb
Rusiya - Ukrayna gərginliyi davam edərsə, Avropa bazarında mavi yanacağın qiyməti artacaq (VİDEO)
Moskva Rusiyaya girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını genişləndirib
Qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya hədsiz təşəkkür edirik - Binə sakinləri (FOTO/VİDEO)
Hindistan səfirliyi Qanvermə Aksiyası təşkil edib (FOTO)
Pandemiyaya qarşı ən effektiv mübarizə yolu vaksinasiyadır - TƏHLİL
Azərbaycanın xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb
Yeni multibrend avtomobillərə xidmət mərkəzi - Motor House (FOTO/VİDEO)
YAP-ın rayon təşkilatlarına yeni sədrlər təyin olunub - TAM SİYAHI (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
Azercell-in “Nizami İli”nə töhfəsi Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətləndirildi
BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək
Ceyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Avropanın böyük özəl liman operatoru Bakı Limanı ilə əməkdaşlıq edəcək
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 14-cü Berlin Konfransında iştirak edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 3 564 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Azad olunan ərazilərdə daha bir erməni hərbçinin cəsədi tapılıb
Kamran Əliyev Almaniyanın Federal Baş prokuroru ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
Bağdad hava limanı raket atəşinə tutulub
Füzuli rayonunda traktor minaya düşüb
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
Dünyada ərzaq qiymətləri son on il ərzində ən yüksək səviyyəyə çatıb - FAO (ÖZƏL)
QHT Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
Azərbaycan Yazıçılar Birliyində Yunus Oğuzun "Uçurum" romanının təqdimatı olub
Azad olunmuş ərazilərdə İran şirkətləri yaxın zamanlarda konkret layihələrlə işə başlayacaq
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib
Əli Əhmədov Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək
MÜSİAD Azərbaycan və Bakı Dövlət Peşə Təhsil Mərkəzi iş birliyinin perspektivləri müzakirə edilib (FOTO)
Rumıniyanın energetika naziri Azərbaycana gələcək
Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
ARDNF Türkiyə Mərkəzi Bankına 1 milyard avro depozit qoyub
Sabah güclü külək əsəcək
ÜGT ilə Azərbaycan arasındakı əlaqələr dinamik inkişaf edir (FOTO)
Bakıda təqribən 1500 nəfərə 1 vəkil düşür - Vəkillər Kollegiyasının sədri (VİDEO)
Növbəti tədris ilinədək yeni nümunəvi qaydalar təqdim ediləcək
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
Bakı-Qazax yolunda dəhşətli qəza (VİDEO)
Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Bakıda “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Yeni marşrutlarla Şuşa və Ağdama daşınan sərnişinlərin sayı açıqlandı
İşğaldan azad edilmiş digər ərazilər üzrə də sərnişindaşıma mərhələli şəkildə təmin ediləcək (ÖZƏL)
Sonradan peşman olmamaq üçün internetdəki məlumatlarla necə davranmalı: Kaspersky-nin yoxlama siyahısı (çek list)
Şabran sakini evində olan odlu silahı polisə təhvil verib
Dağlıq rayonlarda yollar buz bağlayacq
"Azərsu" azad edilmiş ərazilərdəki xidmət sahələri üçün avtomobil və ekskovatorlar alıb (FOTO)
Hava şəraiti ilə bağlı avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb
“YAŞAT” Fondu şəhid ailəsinin məişət şəraitinin yaxşılaşdırılmasına dəstək göstərib (VİDEO)
Qarabağda astronomik stansiya qurulacaq
Abşeronda narkotik satan daha 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
"OBA" marketin qabağında insanları söyən şəxs bir nəfəri öldürüb
Ağacların dibi asfaltdan təmizlənib (FOTO)
AccessBank ilin ilk təcrübə proqramına start verir
Rəqəmsal banklarla bağlı yeni hüquqi bazanın yaradılması planlaşdırılmır
“Buta Airways” fevralda Mineralnıye Vodıya uçuşları bərpa edir
Xarici valyutaya tələbat artacaq - Elman Rüstəmov
Tərbiyə ocağı, yoxsa çayxana - Məktəblərdə nə baş verir?
Lavrov Zelenskini Rusiyaya dəvət edib
Məktəbdə yayılan növbəti videoyaya görə araşdırma aparılır (VİDEO)
Mərkəzi Bank beynəlxalq konsaltinq şirkəti ilə saziş imzalamağı planlaşdırır
Hərbi islahatların davam etdirilməsi 2022-ci ildə də prioritet məsələ olacaq - Zakir Həsənov
Hafiz Məmmədov ev dustaqlığına buraxılmadı
Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib (FOTO)
Kriptovalyutanın istifadəsi manatın stabilliyinə təhlükə törətmir - Mərkəzi Bank
Azərbaycanda "Apple Pay" vasitəsilə ödənişlərin həcmi açıqlanıb
2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov
YAP-ın Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb
Azərbaycanın ötən il ixrac etdiyi qazın həcmi açıqlanıb
Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azərbaycanda xarici valyuta satışı azalıb - Mərkəzi Bankın sədri
Mərkəzi Bankdan manatla bağlı AÇIQLAMA
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur
Mərkəzi Bank bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini ordenlə təltif edib
Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sistemli şəkildə davam etdirilir - PA rəsmisi
"Buta Airways" Xarkova uçuşlar həyata keçirəcək
Azərbaycan və Türkiyənin Mərkəzi bankları arasında valyuta mübadiləsi ilə bağlı danışıqlar aparılmır - Elman Rüstəmov
Bu il cari əməliyyatlar balansı ÜDM-in 10 faizinə çata bilər - Elman Rüstəmov
Miqrasiya Xidməti əcnəbilərə vaksinasiya ilə bağlı müraciət edib
Bütün xəbərlər