...

Qırğızıstan ABŞ-nın Manasda yerləşən aviabazasını bağlayır - prezident

Dünya xəbərləri Materials 3 Fevral 2009 21:54 (UTC +04:00)
Qırğızıstan ABŞ-nın Manasda yerləşən aviabazasını bağlayır - prezident

Qırğızıstan höküməti Amerikanın Manasda yerləşən bazasını bağlamaq barədə qərar qəbul edib, Qırğızıstan prezidenti Kurmanbəy Bakıyev Moskvada keçirilən danışıqlardan sonra mətbuat konfransında deyib, RİA Novosti xəbər verir.

"Qırğızıstan höküməti bazanın yerləşmə müddətinin bitməsi barədə qərar qəbul edib", Bakıyev deyib.

"Qırğızıstan müvafiq prosedurların həyata keçirilməsinə başlayacaq", - prezident deyib.

ABŞ-nın Qırğızıstanda aviabazası Əfqanistanda antiteror əməliyyatına dəstək vermək məqsədilə BMT-nin mandatına uyğun 2001-ci ildə yaradılıb.

Hal hazırda "Manas" bazasında ABŞ-nın mindən artıq hərbi qulluqçusu hərbi xidmət çəkir.

Xəbər lenti

Xəbər lenti