...

Almatı Qazaxıstanın ən kriminal şəhəridir

Dünya xəbərləri Materials 10 Fevral 2009 10:48 (UTC +04:00)

Qazaxıstan, Almatı, 10 fevral/ Trend , müxbir R.Məşədihəsənli/ Almatı Qazaxıstan şəhərləri arasında üstü açılmamış cinayət və qanun pozuntularının sayına görə lider elan olunub. Almatı polisləri Qazaxıstanın daxili işlər naziri Baurjan Məhəmmədcanovun tənqidinə məruz qalıblar. O, DİN əməkdaşları və Almatı akimi ilə şəxsən görüşüb. Bu barədə Trend -un müxbirinə Almatı şəhər akimatının mətbuat xidmətindən məlumat verilib.
Respublikada qeydə alınan bütün cinayətlərin 12 %-i Almatıda baş verib. Bu yüksək göstəricidir. Daxili işlər naziri bəzi bölmələrin işindən narazılığını bildirib.
Mətbuat xidmətinin məlumatına görə, Almatı şəhər akimi də qeyd edib ki, respublikada üstü açılmamış cinayət işlərinin ən yüksək göstəricisi məhz bu şəhərin payına düşür. 2008-ci il ərzində 6802 cinayətin üstü açılıb, bu, qeydə alınan bütün cinayətlərin yarısından çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti