...

Qafqazdakı böhran NATO-nun genişlənməsinin təhlükəli olduğunu göstərdi - RF XİN başçısı

Dünya xəbərləri Materials 11 Aprel 2009 14:13 (UTC +04:00)
Qafqazdakı böhran NATO-nun genişlənməsinin təhlükəli olduğunu göstərdi - RF XİN başçısı

"Qafqazdakı böhran NATO-nun şərqə avtomatik genişlənməsinin necə təhlükəli olduğunu göstərdi", - şənbə günü RF XİN başçısı Sergey Lavrov bildirib.

"Qafqazdakı böhran NATO-nu avtomatik şəkildə şərqə doğru itələməyin necə təhlükəli olduğunu göstərdi. Sadəcə təsəvvür edək ki, Gürcüstan NATO-nun üzvü olsaydı və Rusiya ötən ilin avqustunda olduğu kimi, addım atmalı olsaydı, nələr baş verərdi", - Lavrov xarici və müdafiə siyasəti üzrə Assambleya Şurasında çıxış edərkən deyib, RİA-Novosti xəbər verib.

Xəbər lenti

Xəbər lenti