...

Əfqanıstanda zorakılığın aradan qaldırılması üçün siyasi qərarlar vermək lazımdır – amerikalı general

Dünya xəbərləri Materials 22 Aprel 2009 16:55 (UTC +04:00)
Əfqanıstanda zorakılığın aradan qaldırılması üçün siyasi qərarlar vermək lazımdır – amerikalı general

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir D. İbrahimova /

Əfqanıstanın üzləşdiyi problemlər təkcə hərbi yolla deyil, həm də diplomatik yolla həll olunmalıdır. Bu barədə Əfqanıstanda təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrin (ISAF) baş komandanı, general Devid MakKirnan (David McKiernan) hesab edir.

"Əfqanıstanın qarşısında duran problemlər, tamamilə hərbi yolla - təkcə güllə və bomba ilə həll edilə bilməz", - deyə Trend -a müsahibəsində MakKirnan bildirib.

ISAF - dünya dövlətlərinin Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi üçün NATO-nun himayəsi altında formalaşdırılan missiyadır. Hazırda Əfqanıstanda ISAF qüvvələrinin sayı 70 mindir. Tezliklə onların sayı 17 min Amerika hərbçisinin hesabına (ölkədə artıq təqribən 30 min Amerika əsgəri və zabiti var) 87 minə çatacaq.

MakKirnanın fikrincə, hərbi və diplomatik yanaşmaların birgə tətbiqi deyil, yalnız hərbi yol az nəticə verə bilər. O hesab edir ki, mötədil taliblərin hökumətlə danışıqlar prosesinə cəlb edilməsi barədə qərar yalnız Əfqanıstan hökuməti tərəfindən qəbul oluna bilər.

"Taliban" hərəkatı Pakistanda müsəlman dövlətinin yaradılması və xarici qoşunların Əfqanıstan ərazisindən çıxarılması uğrunda mübarizə aparır. Hərəkat apreldə Əfqanıstan Prezidenti Həmid Kərzaiyə qarşı sui-qəsd həyata keçirib və 2008-ci ilin avqustunda Hindistan səfirliyində partlayış törədib. Beynəlxalq Analitik Mərkəz - Senlis Şurasının (London) məlumatına əsasən, 2007-ci ildə Əfqanıstan ərazisinin 54 faizində taliblərin hərbi mövcudluğu qeydə alınıb. Taliblərin əsas hissəsi Pakistanda, Şimal-Qərb sərhəd vilayətindəki "müstəqil tayfalar" zonasında və Əfqanıstanda məskunlaşıb.

"Bu proses [taliblərin mötədil hissəsi ilə danışıqlar] Əfqanıstana aiddir və ISAF kimi qüvvələrin ona müdaxilə etməsi, həmçinin siyasi müzakirələrə bizim tərəfimizdən təsir, yersiz olardı",- deyə MakKirnan vurğulayıb. ISAF tərəfindən yerli "döyüşçülər"ə qarşı mübarizədə dəstək isə, onun fikrincə, çox faydalı olardı.

"Biz ümid edirik ki, yerli döyüşçülər sabit millətlərin üstünlüklərini bilir və silahı yerə qoyacaq. Barışığa gəlməyən kəslərə gəldikdə isə, Əfqanıstan Milli Ordusu və ISAF onlarla mübarizə aparacaq",- deyə MakKirnan bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti