...

Türkiyədə hər kəs öz milli kimliyi ilə fəxr edə bilər - Baş nazir

Dünya xəbərləri Materials 12 Avqust 2009 17:35 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının Rizə şəhərində keçirtdiyi toplantıda ölkədə yaşayan hər bir insanın öz milli kimliyi ilə fəxr edə bildiyini deyib. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"Türkiyədə hər kəs öz milli kimliyi ilə fəxr edə bilər. Bu ölkədə milli, dini və irqi ayrışeçkilik olmayıb və bundan sonra da olmayacaq", - deyə Ərdoğan qeyd edib.

Baş nazir onu da bildirib ki, Türkiyə bü ölkədə yaşayan hər bir vətəndaşın vətənidir.

Xəbər lenti

Xəbər lenti