...

İran uranın zənginləşdirilməsi üçün 20 zavoda ehtiyacı olduğunu bildirir

Dünya xəbərləri Materials 5 Dekabr 2009 15:01 (UTC +04:00)
İranın Atom Enerjisi Təşkilatının rəhbəri deyib ki, ölkəni elektrik enerjisi ilə tam təmin etmək üçün ölkənin uranın zənginləşdirilməsi məqsədilə 20 zavoda ehtiyacı var. Bu barədə Press TV məlumat verir.
İran uranın zənginləşdirilməsi üçün 20 zavoda ehtiyacı olduğunu bildirir

İranın Atom Enerjisi Təşkilatının rəhbəri deyib ki, ölkəni elektrik enerjisi ilə tam təmin etmək üçün ölkənin uranın zənginləşdirilməsi məqsədilə 20 zavoda ehtiyacı var. Bu barədə Press TV məlumat verir.

"Ölkənin 20 min meqavatta ehtiyacı var ki, bu da Natənzdəki obyektin istehsal gücündən 20 dəfə çoxdur", - təşkilatının rəhbəri Əli-Əkbər Salehi cümə günü Press Tv-yə eksklüziv müsahibəsində deyib.

"Hazırda hökümət Natənzdəki obyektlərin həcmi ilə eyni olan daha 10 müəssisənin yaradılmasına qərar verib. Mən, Natənzdəki obyektlərin həcmi ilə eyni olan müəssisələr deyərkən, hasil olunacaq yanacağı nəzərdə tuturam və bu, ildə təxminən 30 tondur. Hər bir obyekt ildə 30 ton istehsal edəcək ki, bu da bir atom eıektrik stansiyasına kifayət edir", - o deyib.

Salehi əlavə edib ki, Tehran Nüvə Silahının Yayılmaması haqqında Müqaviləni (NSYM) pozmur.

Ötən cümə Beynəlxalq Atom Enerjisi Agentliyi uranın zənginləşdirilməsi məqsədilə Tehrandan kənarda yeni inşa edilən "Fordo" zavodu ilə əlaqədar İrana dair qətnamə qəbul edib.

Xəbər lenti

Xəbər lenti