...

Suriyanın iqtisadiyyat naziri İranda səfərdədir

Dünya xəbərləri Materials 11 Yanvar 2010 14:00 (UTC +04:00)
Suriyanın iqtisadiyyat naziri Amir Hüsni Lütfi İranda səfərdədir. Bu barədə Trend News İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
Suriyanın iqtisadiyyat naziri İranda səfərdədir

Suriyanın iqtisadiyyat naziri Amir Hüsni Lütfi İranda səfərdədir. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

İran-Suriya birgə iqtisadi əməkdaşlıq komitəsinin suriyalı sədri olan Lütfi iki ölkə arasında əlaqələrin inkişafı üzrə komitənin 8-ci iclasında iştirak etmək məqsədi ilə İrana səfər edib. O, səfər çərçivəsində bu gün İranın Fars əyalətinə gedib və həmin əyalətin icra başçısı ilə görüşərək bu əyalətin iqtisadi potensialı ilə tanış olub.

Bu gün həmçinin İranın xarici işlər naziri Mənuçöhr Müttəki də Suriyaya birgünlük səfər edib.

Xəbər lenti

Xəbər lenti