...

Türkiyə hökuməti "erməni soyqırımı"na dair qətnaməni pisləyib

Dünya xəbərləri Materials 5 Mart 2010 10:33 (UTC +04:00)

Türkiyə hökuməti ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"na dair qətnaməni qəbul etməsini pisləyib. Məlumatı Anadolu agentliyi yayıb.

"Biz türk millətini törətmədiyi cinayətdə ittiham edən bu qətnaməni pisləyirik", - hökumətin bəyanatında deyilir.

Türkiyə hökuməti qətmanənin ABŞ-Türkiyə münasibətlərinə və Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üzrə səylərə zərər vura biləcəyindən narahatlığını bildirib.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Xəbər lenti

Xəbər lenti