...

Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının davam etdiriləcəyinə ümid edir - XİN rəhbəri Davudoğlu (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 23 Aprel 2010 18:12 (UTC +04:00)
Türkiyə hesab edir ki, Ankara və Yerevan arasında münasibətlərin normallaşdırılması prosesi qaldığı yerdən davam edəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyə-Ermənistan protokollarının ratifikasiyası prosesinin dayandırılması qərarını şərh edərkən bildirib.
Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının davam etdiriləcəyinə ümid edir - XİN rəhbəri Davudoğlu (ƏLAVƏ OLUNUB)

RED. əlav.: birinci abzasdan sonra əlavə olunub

Türkiyə hesab edir ki, Ankara və Yerevan arasında münasibətlərin normallaşdırılması prosesi qaldığı yerdən davam edəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyə-Ermənistan protokollarının ratifikasiyası prosesinin dayandırılması qərarını şərh edərkən bildirib. Məlumatı CNN Turk kanalı yayıb.

Cümə axşamı Ermənistan Prezidenti Serj Sarkisyanın fərmanı ilə Ankara və Yerevan arasında münasibətlərin normallaşması haqqında Ermənistan-Türkiyə protokollarının parlamentdə ratifikasiya proseduru dayandırılıb.

2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Prezident Sarkisyanın xalqa müraciətində deyilir ki, Ermənistan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırması prosesindən çıxmamaq, sadəcə protokolların ratifikasiyası prosesini dayandırmaq haqqında qərar qəbul edib. Ermənistan Prezidentinin sözlərinə görə, "bunu milli maraqlar tələb edir".

Xəbər lenti

Xəbər lenti