...

İranlı tələbələr Parlamentin qarşısında mitinq təşkil ediblər

Dünya xəbərləri Materials 22 İyun 2010 12:25 (UTC +04:00)
İranlı tələbələr Azad İslam Universiteti ilə bağlı qəbul olunmuş sənədə etiraz məqsədilə Parlamentin qarşısında mitinq təşkil ediblər. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
İranlı tələbələr Parlamentin qarşısında mitinq təşkil ediblər

İranlı tələbələr Azad İslam Universiteti ilə bağlı qəbul olunmuş sənədə etiraz məqsədilə Parlamentin qarşısında mitinq təşkil ediblər. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Mitinq iştirakçılarının əllərində "Azad Universitet özəl mülk deyil", "Casbi cinayət törədir, Parlament onu dəstəkləyir" kimi şüarlar yazılmış plakatlar daşıyır.

Abdullah Casbi hazırda Azad Universitetin rəhbəridir.

Ötən gün İran Parlamentinin nümayəndələri Azad İslam Universitetinin vəqf olunması və bu universitet idarəsinin təsisçi heyətin ixtiyarına verilməsi haqda layihəni təsdiqləyib. Layihəyə 134 nümayəndə müsbət, 72 nəfər mənfi rəy verib.

Xəbər lenti

Xəbər lenti