...

Almaniya İngiltərəni darmadağın edərək 1/4 final mərhələsinə yüksəlib

Dünya xəbərləri Materials 27 İyun 2010 22:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir F.Hüseynli/

CAR-da keçirilən Dünya çempionatının 1/8 final mərhələsinin növbəti oyununda Almaniya yığması İngiltərəni darmadağın edib.

Miroslav Kloze birinci hissənin 20-ci dəqiqədə ingilis müdafiəçilərinin kobud səhvlərini bağışlamayaraq komandasını hesabda irəli çıxarıb. Matçın 32-ci dəqiqəsində Lukas Podolski Almaniya yığmasının ikinci qolunu vurub.

Podolskinin vurduğu qoldan 5 dəqiqə sonra Upson hesab arasındakı fərqi minimuma endirməyə müvəffəq olub.

Matçın 67-ci dəqiqəsindədə Müller almanların üçüncü qolunu vurub. Üc dəqiqə sonra Müller komandasının 4-cü qolunu vurmağa müvəffəq olub. Beləliklə oyun 4:1 Almanların xeyrinə bitib.

Almaniya 1/4  final mərhələsində Argentina-Meksika cütlüyünün qalibi ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti