...

İsrail "Azadlıq donanması"na hücuma görə məsuliyyət daşımalıdır – Türkiyə XİN başçısı

Dünya xəbərləri Materials 11 Avqust 2010 11:57 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı ölkəsinin Qəzza sektoruna gedən "Azadlıq donanması"nı dəstəkləməsi ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahunun bu günlərdə irəli sürdüyü ittihamı təkzib edib. Bu barədə "Sinxua" agentliyinin müxbiri Ankaradan məlumat verir.
İsrail "Azadlıq donanması"na hücuma görə məsuliyyət daşımalıdır – Türkiyə XİN başçısı

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı ölkəsinin Qəzza sektoruna gedən "Azadlıq donanması"nı dəstəkləməsi ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahunun bu günlərdə irəli sürdüyü ittihamı təkzib edib. Bu barədə "Sinxua" agentliyinin müxbiri Ankaradan məlumat verir.

Davudoğlu qeyd edib ki, İsrail bu humanitar karvana hücuma görə məsuliyyət daşımalıdır.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Ankarada səfərdə olan Belçika Baş nazirinin müavini, XİN rəhbəri Steven Banakere ilə keçirdiyi birgə mətbuat konfransında qeyd edib: "İsrail açıq dənizdə günahsız dinc sakinləri öldürdüyünə görə məsuliyyət daşımalıdır, bizi ittiham etməməlidir".

İsrailin beynəlxalq donanmaya hücumun araşdırılması üzrə komissiyası avqustun 9-da dinləmələr keçirib. Baş nazir Netanyahu həmin dinləmələr zamanı bəyan edib ki,İsrail qoşunlarının hərəkətləri beynəlxalq qanunvericiliyə uyğundur. O, həmçinin, Türkiyəni bu münaqişədən yararlanmaq cəhdində günahlandırıb.

Mayın 31-də İsrail Hərbi-Dəniz Qüvvələri "Azadlıq donanması"nın İsrail hərbçiləri tərəfindən blokadaya alınmış Qəzza sektoruna humanitar yük aparan gəmilərini ələ keçiriblər. İsrail HDQ-nin hücumu nəticəsində, Türkiyənin "Mavi Mərmərə" gəmisindəki doqquz sülhməramlı həlak olub. Beynəlxalq birlik qətiyyətlə bu insidentin birgə araşdırılmasını tələb edib. Lakin İsrail tərəfi araşdırmanı müstəqil şəkildə aparmaq gücündə olmasına istinad edərək, uzun müddət kənardan istənilən formada köməkdən imtina edib. Lakin ötən həftə İsrail beynəlxalq təzyiq altında bu hücumun BMT tərəfindən araşdırılmasına razılıq verib.

Davudoğlu çərşənbə axşamı BMT-nin apardığı araşdırmaların nəticələrinə qiymət verəcəyini də bəyan edib.

Xəbər lenti

Xəbər lenti