Gürcüstan, Tbilisi, 24 avqust /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanda ailə zorakılığı faktları artıb. Gürcüstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2010-cu ilin yeddi ayı ərzində kişilər tərəfindən 686, qadınlar tərəfindən isə 71 zorakılıq faktı qeydə alınıb.
DİN-dən təsdiq ediblər ki, bu yalnız polisin qeydə aldığı faktlardır, real rəqəm isə daha çoxdur.
Ailə zorakılığı faktı daha çox Kaxeti regionunda qeydə alınıb.
BMT-nin hesablamalarına əsasən, dünyada qadınların təxminən 20 faizi bu və ya digər formada ailə zorakılığına məruz qalır. Ailə zorakılığı ölüm və əmək qabiliyyətinin aşağı düşməsinə gətirib çıxaran xərçəng və malyariya xəstəliklərinin yaranmasına səbəb olur.