İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) nüvə silahının yayılmaması haqqında müqavilə çərçivəsində öz texniki statusunu saxlamağa çağırıb. Məlumatı İLNA informasiya agentliyi yayıb.
BAEA-nın direktoru Yuki Amanonun sonuncu məruzəsini qeyd edərək o, çərşənbə axşamı jurnalistlərə bildirib ki, "Belə məruzələrin zəif yeri ondan ibarətdir ki, onlar bir çox ölkələrin diplomatik təzyiqi altında edilir".
"Agentlik xaricdən gələn diplomatik təzyiq altında fəaliyyət göstərməməlidir", - Mehmanpərəst qeyd edib.
O əlavə edib ki, İran İslam Respublikası BAEA ilə səmərəli əməkdaşlığı davam etdirir.
"İran, həqiqətən, 22 kiloqramlıq uranı 20 faizə qədər zənginləşdiribmi?" sualına cavab verən Mehmanpərəst məruzədə olan məlumatı təsdiqləyərək bildirib ki,Tehran artıq bunu açıqlayıb və BAEA-nı bu barədə məlumatlandırıb.