...

ABŞ regionda iranofobiya yayır – İran Parlamentinin spikeri

Dünya xəbərləri Materials 29 Sentyabr 2010 15:04 (UTC +04:00)
Birləşmiş Ştatlar refion ölkələrində iranofobiya yaymağa səy göstərir. Bu barədə İran Parlamentinin spikeri Əli Laricani deyib, - xəbəri "Press-TV" İRNA-ya istinadən yayıb.
ABŞ regionda iranofobiya yayır – İran Parlamentinin spikeri

Birləşmiş Ştatlar refion ölkələrində iranofobiya yaymağa səy göstərir. Bu barədə İran Parlamentinin spikeri Əli Laricani deyib, - xəbəri "Press-TV" İRNA-ya istinadən yayıb.

"İranın nüvə silahı hazırlamaq niyyəti yoxdur və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı davam etdirir, lakin ABŞ region ölkələrində iranofobiyanı yaymağa səy göstərir", - o qeyd edib.

Laricani əlavə edib ki, ABŞ İrandakı irəliləyişə mane olmağa çalışır. Onun sözlərinə görə, "Həm BAEA, həm də ABŞ-ın bəzi kəşfiyyat qurumları bilir ki, İranın atom silahı yoxdur, lakin təkid edirlər ki, İran atom silahının istehsalına gətirib-çıxaracaq nou-hauya malikdir".

"Bu deyilənlər gülməli və məntiqsizdir", - o vurğulayıb.

O, ABŞ-ı regionda xaos yaratmaq üzrə siyasətinin mənfi nəticələri haqqında xəbərdar edib. "İran və regiondakı digər aparıcı ölkələr ayıq-sayıq olmalı və ABŞ-ın tələsinə düşməməlidirlər", - Laricani deyib.

Xəbər lenti

Xəbər lenti