Afrikanın şimalındakı və digər müsəlman ölkələrində baş verən hadisələr İran xalqının islam inqilabından qaynaqlanır. Bunu İranın ali rəhbəri Ayətullah Əli Xamenei bu gün Tehranda cümə namazında çıxışı zamanı bildirib. Trend-in məlumatına görə, bu barədə İRİNN xəbər kanalı canlı yayımda məlumat verib.
"Misirdə, Tunisdə və digər müsəlman ölkələrində baş verən hadisələr islam inqilabı nəticəsində yaranmış islami oyanışına əsasən baş verir",- Ayətullah Xamenei deyib.