...

Rusiyanın "İnter RAO" şirkəti artıq Ermənistandakı AES-i idarə etmək istəmir

Dünya xəbərləri Materials 24 Noyabr 2011 13:22 (UTC +04:00)
Rusiyanın "İnter RAO" dövlət şirkəti Ermənistandakı AES-i idarə etdiyi şərtlərdən narazıdır və mövcud müqavilənin fəaliyyətini vaxtından əvvəl dayandırmaq niyyətindədir.
Rusiyanın "İnter RAO" şirkəti artıq Ermənistandakı AES-i idarə etmək istəmir

Azərbaycan, Bakı, 24 noyabr / Trend, müxbir E.Tariverdiyeva /

Rusiyanın "İnter RAO" dövlət şirkəti Ermənistandakı AES-i idarə etdiyi şərtlərdən narazıdır və mövcud müqavilənin fəaliyyətini vaxtından əvvəl dayandırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə "Kommersant" qəzeti yazır.

"Sovet tikintisi olan atom stansiyasını Ermənistandakı kimi, milli operatorun deyil, kənar şirkətin idarə etməsi ilə bağlı nümunələr çox azdır. Yəni, mahiyyət etibarilə "İnter RAO"nun yeganə alternativi "Rosatom" dövlət korporasiyasıdır. Lakin o hələlik AES-in idarə olunmasında deyil, Ermənistanda yeni enerji blokunun tikintisində daha çox maraqlıdır", - qəzet yazır.

Dövlər enerji holdinqi "İnter RAO EES" Ermənistan AES-i (Metsamor) idarə etdiyi şərtlərin dəyişdirilməsi ilə bağlı danışıqlara başlayıb. Bu barədə holdinqə yaxın olan mənbə bildirib. O izah edib ki, atom energetikası "İnter RAO" üçün "risklərin kəskin şəkildə artırldığı qeyri-profilli fəaliyyətdir". Enerji holdinqində bu məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina ediblər.

"Metsamor" AES 1970-ci ildə tikilib. 1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb.
Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.

Vəziyyətlə tanış olan mənbə bildirib ki, "İnter RAO" və "Rosatom" Ermənistan AES-in dövlət korporasiyasının idarəçiliyinə verilməsinin mümkünlüyü barədə danışıqlar aparır.

Onun sözlərinə görə, "İnter RAO" stansiyanın idarə olunmasından vaxtından əvvəl imtina etmək istərdi (şirkət bunun üçün müəyyən məbləğ alır). Enerji holdinqi üçün şirkətin idarə olunması rolunda onu kimin - erməni tərəfinin və ya "Rostom"un əvəz edəcəyi vacib deyil. Onun üçün yalnız atom energetikasının həmin struktur üçün profil fəaliyyət olması vacibdir.

Lakin hələlik "İnter RAO"nun "Rosatom"la razılığa gələ bilib-bilməyəcəyi məlum deyil. Dövlət korporasiyasındakı mənbə qəzetə izah edib ki, "Rosatom" "Metsamor" AES-in fəaliyyətdə olan blokunun idarə olunmasında maraqlı deyil. İlk növbədə, "Rosatom" bu stansiyanın 1 HVt-dan yuxarı gücə malik yeni stansiyasının tikintisi layihəsi ilə məşğul olur. "Atomstroyeksport" BM ("Rosatom"un xaricdə AES tikən strukturu), "Metsamorenerjiatom" və Ermənistan İqtisadiyyat və Təbii Ehtiyatlar Nazirliyi yeni enerji blokunu 2017-ci ilədək tikməlidir.
Əvvəllər layihəyə investisiyalar 4-5 milyard dollar həcmində qiymətləndirilirdi. Ermənistan AES-i üçün "Rosatom" da yanacaq tədarük edir.

Xəbər lenti

Xəbər lenti