...

BƏƏ İrana etiraz edib

Dünya xəbərləri Materials 16 Aprel 2012 13:29 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın mübahisəli Əbu-Musa adasına səfər etməsi ilə bağlı İrana etiraz notası göndərib.
BƏƏ İrana etiraz edib

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir A.Tağıyeva/

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın mübahisəli Əbu-Musa adasına səfər etməsi ilə bağlı İrana etiraz notası göndərib. Trend-in məlumatına görə, bu barədə "Emarat Əlyoum" agentliyi xəbər verib.

Nota XİN-ə çağırılan İranın Əbu-Dabidəki səfiri Məhəmməd Əli Fəyyaziyə təqdim edilib.

Notada qeyd olunur ki, BƏƏ hökuməti Əhmədinejadın Əbu Musa adasına səfərini pisləyib, çünki bu, mübahisəli adalarla bağlı ölkələr arasındakı danışıqlara mənfi təsir edir.

Ötən həftə Əhmədinejadın Əbu Musa adasına səfəri BƏƏ hakimiyyətinin narazılığına səbəb olub. Əbu-Dabi özünün Tehrandakı səfirini geri çağırıb və İran Prezidentinin səfərinin iki dövlətin birgə səyləri sayəsində bu problemin həlli ilə bağlı razılığa gəldikləri dövrə təsadüf etdiyini bəyan edib.

Əbu Musa, Böyük və Kiçik Tanb adaları İranla BƏƏ arasında mübahisə predmetidir.

Xəbər lenti

Xəbər lenti