...

Suriyada güclü partlayış baş verib, ölənlər var

Dünya xəbərləri Materials 30 Aprel 2012 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir A.Tağıyeva /

Suriyanın İdlib şəhərində təhlükəsizlik qüvvələrinin mənzil-qərargahı yaxınlığında güclü partlayış baş verib. Nəticədə iyirmiyə yaxın adam həlak olub, çoxlu sayda yaralı var. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər yayıb.

Hazırda Suriyada müxalifətin silahlı qanadı olan "Azad Suriya Ordusu" ilə hökumət qoşunları arasında BMT-nin və ƏDL-nin xüsusi nümayəndəsi Kofi Annanın planı çərçivəsində atəşkəs mövcuddur.

Xəbər lenti

Xəbər lenti