...

Qazaxıstanda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü qeyd ediləcək

Dünya xəbərləri Materials 25 İyun 2012 13:22 (UTC +04:00)
Bu gün axşam saatlarında Astanada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü qeyd ediləcək.
Qazaxıstanda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü qeyd ediləcək

Qazaxıstan, Astana, 25 iyun /Trend, müxbir D.Muxtarov/

Bu gün axşam saatlarında Astanada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü qeyd ediləcək. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycanın Qazaxıstandakı səfirliyinin hərbi attaşesi, polkovnik Xəzər Abbasov bildirib.

"Bu gün Astanada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümünə həsr edilmiş təntənəli mərasim keçiriləcək. Mərasimə Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndələri, digər ölkələrin hərbi attaşeləri, Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan-Qazaxıstan Dostluq və Mədəniyyət Assosiasiyasının rəhbərliyi dəvət edilib", - Abbasov deyib.

Mərasim çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin tarixi haqqında fotosərgi təşkil ediləcək, videofilm nümayiş etdiriləcək, Azərbaycan musiqisi səsləndiriləcək.

Qeyd edək ki, iyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir.

Xəbər lenti

Xəbər lenti